Translate

28 Mart 2017 Salı

Dövlət İmtahan Mərkəzi bu il Azərbaycan Universitetlərinə KEÇİD BALLARINI açıqladı

Bu il Azərbaycanda Universitetlərinə I-IV ixtisas qrupları üzrə qəbul zamanı tələb olunacaq müsabiqə şərtləri açıqlanıb. Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə açıqlamasında bildirib ki, I ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir ixtisas fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan), II ixtisas qrupunda ümumi balı 200-dən, hər hansı bir ixtisas fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan), III ixtisas qrupunda ümumi balı 200-dən, hər hansı bir ixtisas fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan), IV ixtisas qrupunda isə ümumi balı 250-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılırlar. DİM rəsmisi əlavə edib ki, bəzi ixtisaslar üzrə müsabiqə şərtlərində müəyyən dəyişiklər var: “Belə ki, I qrupun “Riyaziyyat”, “Fizika”, “Nəqliyyat tikintisi mühəndisliyi, “İnşaat mühəndisliyi”, “İnformasiya texnologiyaları mühəndisliyi”, “Geologiya, elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” üzrə ixtisaslarına ümumi balı 250-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-da az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlərə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə topladığı nisbi balı 10-dan az olmayan), “Kompyuter elmləri” ixtisası üzrə ümumi balı 300-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər müsabiqədə iştirak edə biləcəklər” MƏNBƏ : http://azedupress.com/

26 Mart 2017 Pazar

SINAQ İMTAHANI

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün elektron sınaq imtahanlarına qeydiyyat davam edir

DİM ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün aprel-may aylarında keçiriləcək birinci qəbul imtahanlarında iştirak edən abituriyentləri nəzərə alaraq I,II, III və IV ixtisas qrupları üzrə elektron sınaq imtahanları keçirir.

İlk elektron sınaq imtahanında iştirak üçün abituriyentlər martın 25-dək Dövlət İmtahan Mərkəzinin imtahan.az saytına daxil olub qeydiyyatdan keçməlidirlər. Elektron sınaq imtahanı martın 25 və 26-da əvvəlcədən təyin edilmiş saatlarda keçiriləcək. Abituriyentlər qeydiyyat zamanı seçdikləri tarix və saatda imtahan.az saytına daxil olub imtahan verməlidirlər. İmtahan müddəti 3 saatdır.

Birinci elektron sınaq imtahanında iştirak ödənişsizdir və bu imtahanda “Abituriyent” jurnalının 1 saylı buraxılışında qəbul imtahanı fənləri üzrə tərtib edilmiş model test tapşırığı nümunələrindən istifadə olunacaq. Bu imtahanda iştirak etməklə abituriyentlər elektron sınaq imtahanı texnologiyasını mənimsəyəcək və növbəti elektron sınaq imtahanlarında çətinlik çəkməyəcəklər.

Növbəti elektron sınaq imtahanlarının 1 və 2 aprel tarixlərində keçirilməsi nəzərdə tutulur. Bu imtahanlarda yeni test tapşırığı nümunələrindən istifadə olunacaq və iştirak ödənişlidir (10 manat). Ödəniş etmək qaydaları ilə saytda (http://otk.az/?menyu=paymentmetods) tanış ola bilərsiniz. Ödənişli elektron sınaq imtahanlarında iştirak etmək üçün qeydiyyat martın 27-dən 31-dək aparılacaq.

Abituriyentlər elektron sınaq imtahanı xidmətindən smart tipli mobil telefon və ya planşet vasitəsilə də istifadə edə bilərlər.

Xatırladaq ki, I,II, III və IV ixtisas qrupları üzrə ənənəvi kağız üzərində keçirilən sınaq imtahanları 27 may və 11 iyun tarixlərində keçiriləcəkdir.